Xamneyinin qudasından - ABŞ-a İTTİHAM

19.02.2016 22:14     Dünyadan reaksiya     1071

“Keçən seçkilərdə peyk antenləri ilə yayımlanan xarici şəbəkələr əhalini seçkini boykot etməyə və səs verməməyə çağırırdılar. Lakin bu gün onlar insanları fəal şəkildə səs verməyə təşviq edir, bəzi namizədlərin adlarını çəkərək onlara istiqamət verirlər”.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın dini lideri Əli Xamneyinin qudası, mühafizəkarlar koalisiyasının parlament seçkilərinə namizədi Qulaməli Həddad Adil deyib. O deyib ki, Amerika İrandakı seçkilərə təsir etmək fikrinə düşüb və bu işdə müxtəlif yollar və vasitələrlə təbliğat aparır.
 

Qeyd edək ki, fevralın 26-da İran parlamentinə növbəti seçkilər keçiriləcək

Şərhlər

Çox oxunanlar