Kremldən Rusiya-Türkiyə müharibəsi riski ilə bağlı açıqlama
20.02.2016 17:09 Dünyadan reaksiya 1299
"Savaşın riski ilə bağlı ifadələr yersizdir".
"Fransa prezidentinin Rusiya ilə Türkiyə arasında müharibə ola biləcəyi ilə bağlı açıqlaması düzgün deyil". ANS PRESS-in məlumatına görə, bunu Rusiya dövlət başçısının mətbuat xidməti Dmitri Peskov deyib. Peskov Fransua Ollandın "Türkiyə və Rusiya arasında müharibə riski mövcuddur. Müəyyən eskalasiya var" açıqlamasını şərh edib. "Türkiyə və Rusiya arasında savaşın olma riski ilə bağlı ifadələr yersizdir".
Brifinq keçirən Peskov problemin bu şəkildə işıqlandırılmasını doğru hesab etmədiklərini açıqlayıb. O deyib ki, Suriyanın şimalındakı kürdlər ilə yanaşı, ölkənin ordu qüvvələri də Türkiyə tərəfindən açılan atəşə məruz qalır. "Rusiya olaraq Türkiyənin bu cür davranışlarının qəbuledilməz olduğunu dilə gətirdiyimizi xatırlatmaq istəyirəm".
“France Inter” radiostansiyasının efirində açıqlama verən Olland qeyd edib ki, münaqişənin eskalasiyalarının böyüməməsi üçün bunun qarşısını almaqdan ötrü hər şey etmək lazımdır.
Fransa prezidenti həmçinin vurğulayıb ki, danışıqlar yenilənməli, bombalamalar dayandırılmalı, humanitar yardım köməyi gəlməlidir.
Şərhlər