Qaçırılan jurnalistlər azad edildi
21.02.2016 16:45 Dünyadan reaksiya 1087
Onlar PKK-dan icazəsiz çəkiliş apardıqları üçün fotoaparatları və video kameraları da əllərindən alınıb.
Türkiyənin Mardin əyalətinin Nusaybin şəhərində müxbir fəaliyyəti ilə məşğul olarkən PKK terrorçuları tərəfindən qaçırılan "Anadolu" xəbər agentliyinin üç əməkdaşı sərbəst buraxılıb.
ANS PRESS-in məlumatına görə, onlar saxlandıqları bölgədə HDP Mardin millət vəkili Ali Atalan və HDP icra hakimi Ferhat Kut və köməkçiləri tərəfindən geri qaytarılıblar. Fotoaparatları və videokameraları qaytarılmayan jurnalistlər hadisə barədə məlumat vermələri üçün Nusaybin polis idarəsinə aparılıb.
Türk jurnalistlər 48 saat bundan əvvəl oğurlanıb. Onlar PKK terrorçuları tərəfindən qaçırılıb.
Qaçırılan şəxslər agentliyin müxbiri Rauf Maltaş fotoqraf Onur Çoban və kameraman Kenan Yeşilyurtdur. Hadisə onlar Nusaybində xəbər axtardığı vaxt qeydə alınıb. Qaçırılan jurnalistlərin ərazidə PKK-dan icazəsiz çəkiliş etdikləri üçün fotoaparatları və video kameraları da əllərindən alınıb.
Qaçırılıb daha sonra sərbəst buraxılan şəxslərin Əfqanıstan, Misir, Liviya,Tunis, Yəmən, Suriya kimi müharibə ocaqlarından çoxsaylı xəbərlər yazdıqları bildirilir.
Şərhlər