"Türkiyəni bir dövlət kimi ləğv etmək lazımdır"

21.02.2016 16:51     Dünyadan reaksiya     2538

"Mən Türkiyədə azad olunmuş ərazilərin hərbi komendantı ola bilərəm"

Tez-tez öz qeyri-ciddi fikirləri  ilə gündəmə gələn Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bu dəfə də qalmaqallı bəyanat səsləndirib.

ANS PRESS-in məlumatına görə,  o, "Rus xəbərlər xidməti” agentliyinə verdiyi müsahibəsində  Türkiyənin hərbi komendantı postunu tutmağa hazır olduğunu bildirib.

“Mən Türkiyədə azad olunmuş ərazilərin hərbi komendantı ola bilərəm, necə ki 1945 –ci ildə marşal Jukov Berlində olmuşdu. İstanbulu Konstantinopol adlandırmaq, pravoslav məbədlərini bərpa etmək və rus dilini ikinci rəsmi dil elan etmək üçün”, - deyə V.Jirinovski gələcək planlarını da açıqlayıb.

"Türkiyəni bir dövlət kimi ləğv etmək, onun ərazilərini isə kürdlərə, ermənilərə, yunanlara və bolqarlara vermək lazımdır."

RLDP lideri əlavə edib ki, Türkiyəni bir dövlət kimi ləğv etmək, onun ərazilərini isə kürdlərə, ermənilərə, yunanlara və bolqarlara vermək lazımdır.

Vladimir Jirinovski -Rusiya Liberal-Demokrat Partiyasının  lideri
Vladimir Jirinovski -Rusiya Liberal-Demokrat Partiyasının lideri

O bir məqamı da xüsusi vurğulayıb ki, “bu məsələnin həllində hərbi köməyi yalnız Rusiya göstərə bilər”.

Jirinovski onu da iddia edib ki, “kürdlər Ankaranı cəmi iki həftəyə ələ keçirməyə hazırdırlar, ermənilərə gəlincə, onlar da yüz il əvvəlki “soyqırımı”na görə qisas almaq istəyirlər”.

 RLDP sədri sonda qeyd edib ki, onun fikrincə, bu, irimiqyaslı müharibəyə gətirib çıxarmayacaq: “Çünki Avropa İttifaqı Türkiyəni müdafiə etmək fikrində deyil, NATO isə bu məsələyə qarışmayacaq, ən azı o səbəbdən ki, ona belə Türkiyə lazım deyil”.

Bir neçə gün öncə isə Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Türkiyəni böyük terror dalğası ilə hədələyib.

ANS PRESS-in məlumatına görə, "Rossiya 1" telekanalının "Poyedinok" (Qarşıdurma) verilişində çıxış edən Vladimir Jirinovski Türkiyə ordusunun Suriyaya girəcəyi təqdirdə Rusiyanın atacağı addımlardan danışıb. Onun sözlərinə görə, Türkiyə şəhərlərinə kürd və erməni terrorçularının dəstəyi ilə terror hücumları ediləcək: 

"Həmin andan bütün Türkiyədə terror hücumları başlayacaq. Hökumət binaları yanacaq, hərbi düşərgələr havaya uçacaq. Bunu kim elədi? Biz bilmirik. Bunu silahlı kürdlər elədi, bəlkə də erməni silahlıları. Yunanlar, bolqarlar, ərəblər. Onlar orda miylonlarladır. Biz hardan bilək, onlar partlayıcı qurğuları kimdən alıblar".

Rusiyalı siyasətçi  Ankarada baş vermiş partlayışı məşq adlandırıb: "Dünən məşq idi, sabah bütün Türkiyə yanacaq",- deyə Vladimir Jirinovski fevralın 17-si axşam saatlarında Ankarada baş vermiş qanlı terror aktından danışıb.

 

Şərhlər

Çox oxunanlar