Suriyadakı terror qurbanlarının sayı 146-ya çatdı
22.02.2016 10:31 Dünyadan reaksiya 1009
Ötən gün Suriyanın Homs və Dəməşq şəhərlərində baş verən silsilə terror aktlarında ölənlərin sayı 146-ya çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Homsda ölənlərin sayı 59-a, Dəməşqdə ölənlərin sayı isə 87 nəfərə çatıb. Yaralıların dəqiq sayı məlum olmasa da, onların sayının 200-dən çox olduğu bildirilir.
Hadisəyə görə İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Şərhlər