Roma Papası dünya liderlərinə çağırış etdi: - "Ölüm hökmünü ləğv edin!"

22.02.2016 14:22     Dünyadan reaksiya     919

Roma Papası Fransisk dünya liderlərini ölkələrində ölüm hökmünü ləğv etməyə çağırıb.

 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Papa dövlət başçılarını cəsarətli olmağa və bu il ölüm hökmünün tətbiqinə son verməyə səsləyib:«Öldürmə!» hökmü günahsızlar kimi günahkarlara da aiddir. Hətta cinayətkarın da Allahın ona bəxş etdiyi ömrü yaşamağa haqqı var».

 

Fransisk ölkə başçılarından həbsxanalarda məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasını da xahiş edib. 

Şərhlər

Çox oxunanlar