Müəllimin təcavüzünə dözməyən qız intihar etdi - FOTO

22.02.2016 16:01     Dünyadan reaksiya     1215

Türkiyənin Kayseri şəhərində 18 yaşlı gənc qız intihar edib.
Qızın intihar etməsinə səbəb onun müəllimi tərəfindən təcavüzə uğramasıdır.
 
Verilən məlumata görə Bayram adlı müəllimi tərəfindən təcavüzə uğrayan 18 yaşlı Cansel bu hadisəni dostları və müəllimləri ilə paylaşıb. Lakin onlar qızın dediklərinə inanmayıblar. Hətta söhbət məktəbin müdriyyəti tərəfindən ört-basdır edilib.
 
Şikayətinə laqeyd yanaşılmasını görən qız buna dözməyərək intihar edib. O, evlərində atasına məxsus silah ilə özünü öldürüb.
 
Məsələ ilə bağlı cinayət işi açılıb. Müəllim təcavüz etdiyini etiraf edib.
 

 

(Milli.az)

Şərhlər

Çox oxunanlar