İşğalçılar fələstinli gənci güllə yağışına tutdu - VİDEO

22.02.2016 16:18     Dünyadan reaksiya     888

Qüdsün keçid məntəqələrinin birində işğalçı güclər özlərinə bıçaqla hücum etməyə çalışan gənci zərərsizləşdirdikdən sonra güllə yağışına tutub.
 
Bu vəhşilik "Əl-cəzirə" operatoru tərəfindən saniyə-saniyə lentə alınıb.
 
FaktXəbər-in "Haaretz"ə qəzetinin internet saytına istinadən verdiyi məlumata görə, Məhəmməd Əbu Xələf adlı 20 yaşlı fələstinli gənc, Şərqi Qüdsdəki keçid məntəqəsindəki əsgərlərə əlindəki bıçaqla hücum etməyə çalışıb.
 
Bir nəfəri yaralayan Fələstinli gənc qaçmağa çalışarkən əsgərlər tərəfindən vurularaq yaralanıb. Ancaq əsgərlər yerə düşən və hərəkətsiz yatan gəncə dəfələrlə atəş açıb.

Şərhlər

Çox oxunanlar