Ukrayna separatçıları seçkiyə hazırlaşır - FOTO
02.07.2015 20:54 Dünyadan reaksiya 1678
Ukraynanın separatçı Donetsk rejimi vilayətdə xüsusi idarəçilik rejimi tətbiq edib.
ANS PRESS-in məlumatına görə, separatçı rejim oktyabrın 18-nə yerli seçkilər təyin olunub.
Rejimin rəhbəri Aleksandr Zaxarçenko bildirib ki, həmin gün hələlik şəhər və rayon rəhbərləri seçiləcək. Bütün bunlar Minsk razılaşması çərçivəsində həyata keçirilir.
Onun sözlərinə görə, bu qərarların müzakirəsində və qəbulunda Ukraynanın nümayəndələri də iştirak ediblər: "Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında müvəqqəti yerli özünüidarə ilə bağlı seçkilər Ukrayna qanunları əsasında keçiriləcək. Bu Konstitusiya və vilayət qanunlarına zidd deyil.”
(Aleksandr Zaxarçenko)
Ukrayna prezidenti Pyotr Poroşenko bu ərəfədə Konstitusiyaya əlavələrlə bağlı layihəni təqdim edərkən bildirib ki, parlamentə təqdim ediləcək bu sənəddə Donbasa elə bir xüsusi status verilməsi nəzərdə tutulmur. Layihə bu ərazilərə 3 illik keçid dövründə qismən özünüidarə hüququ verən mövcud qanuna əsaslanır.
Ukraynanın şərqində hakimiyyətin mərkəzsizləşdirilməsi və yerli seçkilər keçirilməsi 2014-cü ilin sentyabrında Miskdə əldə edilmiş razılaşmada nəzərdə tutulur. Seçki 2014-cü ilin dekabrında keçirilməli idi, amma separatçıların liderləri onu noyabrın əvvəllərinə təyin etdi. Amma Kiyev seçkinin nəticələrini tanımadı.
Bu arada Vasyl Grytsak Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri təyin edilib. Parlamentdə keçirilən səsvermədə 340 deputat onun lehinə səs verib. O bu vəzifədə iyunun ortalarında istefaya göndərilən Valentyn Nalivayçenkonu əvəz edib.
Milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin sədri Sergiy Pashinskiy iclasda bildirib ki, Grytsak real işlə məşğul olacaq və Facebook-da piyarla məşğul olmayacaq. Deputatlar həmçinin iyulun 2-də ekologiya naziri İgor Shevchenkonu vəzifəsindən aqzad ediblər.
(Pyotr Poroşenko)
Onu bundan əvvəl, Kiyev ətrafındakı neft bazası yanarkən xaricdə istirahət etməkdə günahlandırırdılar. Nazir isə korrupsiya ilə mübarizəyə görə işdən azad edildiyini deyib.
Xatırladaq ki, Ukrayna parlamenti ölkə təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenkonun istefaya göndərilməsinə səs verib. 450 deputatdan 248-i onun işdən azad olunması ilə bağlı prezident Petro Poroşenkonun təklifini dəstəkləyib.
49 yaşlı nazir bu vəzifəyə Poroşenko 2014-cü ilin mayında prezident seçilməzdən 3 ay əvvəl təyin olunmuşdu və heç vaxt prezidentin tərəfdarı kimi görünməyib.
Ukrayna mətbuatının yazdığına görə Poroşenko bu yaxınlarda onu xarici kəşfiyyat idarəsinə rəis təyin etməyə cəhd göstərib.
Ukraynada çoxları ona prezidentliyə əsas namizəd kimi baxır.
(Valentyn Nalivayçenko)
Şərhlər