Əsəbiləşən ər xanımını da, özünü də öldürdü
22.02.2016 16:40 Dünyadan reaksiya 936
Türkiyədə tapança ilə vurulmuş ər və arvadın cəsədi tapılıb. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində kişinin əvvəlcə xanımını öldürdüyü, sonra intihar etdiyi müəyyənləşib. Ər və arvadın cəsədləri Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb. Polisin məlumatına görə, İbrahim Çələbi ilə ailə quran Zeyneb Çələbi əri ilə dalaşdıqdan sonra atası evinə gedib. Xanımı ilə barışmaq istəyən İbrahim səhər saatlarında qayınatasının evinə gedib. Onlar bir müddət qapının qarşısında söhbət ediblər. Tərəflər arasında mübahisə düşüb. Xanımını evə qayıtmağa razı sala bilməyən İbrahim tapançası ilə Zeynəbi vurub. Zeynəb hadisə yerində dünyasını dəyişib. Əsəbi ər daha sonra intihar edib. Silah səslərini eşidən qonşular polis çağırıblar. Hadisə ilə bağlı istintaq davam edir. - See more at: http://teleqraf.com/news/88468#sthash.dXbxpzuX.dpuf
Şərhlər