Misirdə "İslam dövləti" yaranır - İŞİD bir şəhəri ələ keçirdi

03.07.2015 12:02     Dünyadan reaksiya     2018

Misir ordusuna hücumları zamanı 70-ə yaxın hərbçini qətlə yetirən İŞİD Sina yarımadasındakı Şeyx Züveyd şəhərini ələ keçirib. 

Reaksiya.Az-ın məlumatına görə, indiyə kimi Suriya, İraq və Liviyada torpaq əldə etmiş İŞİD ilk dəfədir ki, Misirdə müəyyən yaşayış məntəqəsini nəzarətə götürür. Silahlı qruplaşmanın buradan Qazzaya qədər irəliləməsi ehtimal olunur.

Yaranmış vəziyyət Misir hakimiyyətində ciddi narahatlıq doğurub. Baş nazir İbrahim Mehleb ölkəsinin rəsmən müharibə vəziyyətində olduğunu bildirib. 

"Jerusalem Post"un yazdığına görə, İŞİD ətrafdakı yaşayış məntəqələrinə doğru da irəliləməyə çalışır. Ordu qüvvələri terrorçularla mübarizəyə səfərbər olunub. İsrail isə Misirlə sərhədləri bağlayıb, keçid məntəqələrinə qoşunlar toplayıb.

Şərhlər

Çox oxunanlar