Litvada Xocalı soyqırımı ilə bağlı “Həyat üçün qan” adlı tədbir təşkil edilib

25.02.2016 11:16     Dünyadan reaksiya     1130

Azərbaycanın Litva səfirliyi, Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr qrupu və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Vilnüs şəhər Ratuşasında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı “Həyat üçün qan” adlı tədbir təşkil edib.

 Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində reallaşıb.

 

Səfirlikdən APA-ya bildirilib ki, Litvanın sabiq dövlət başçısı Vitautas Landsberqis, Seymin deputatları, TEAS-ın Strasburq nümayəndəliyinin rəhbəri Eliza Pieter, və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən səfir Həsən Məmmədzadə, Vitautas Landsberqis, Litvanın Geosiyasi Araşdırmalar Mərkəzinin eksperti Viktor Denisenko, Eliza Piter Xocalısoyqırımının tarixi haqqında danışıblar.

 

Çıxışlardan sonra Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı video-çarx nümayiş olunub.  Tədbir iştirakçıları Xocalısoyqırımının qurbanlarının xatirəsinə Litvada qanazlığından əziyyət çəkən insanlar üçün qan veriblər.

 

Tədbir yerli KİV-də geniş işıqlandırılıb. 

Şərhlər

Çox oxunanlar