Baş nazir: - "Rusiyaya görə gecələr yata bilmirəm"
25.02.2016 11:26 Dünyadan reaksiya 1303
Rusiyanın təhdidi səbəbindən gecələr rahat yata bilmirəm.
Reaksiya.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Estoniya Baş naziri Taavi Röivas deyib.
Röivas bildirib ki, müharibə yalnız tank və topla deyil, fərqli metodlarla da aparılır:
“Müttəfiqlərimiz son illər gecələr nə üçün rahat yata bilmədiyimi soruşur. Mənim cavabım çox dəqiqdir. Səbəbi Rusiyanın aqressiv davranışları və mənafeyi naminə müntəzəm olaraq hərbi gücündən istifadə etməsidir. Rusiyanın məqsədi Avropanın təhlükəsizlik strukturunu məhv etməkdir. Gürcüstan, Krım, Ukrayna və Suriyada baş verənlər böyük savaşın fərqli yönləridir”.
Şərhlər