ABŞ-da silahlı insident: 4 ölü, 20 yaralı

26.02.2016 10:37     Dünyadan reaksiya     957

ABŞ-ın Kanzas ştatında yerləşən fabriklərdən birində silahlı insident baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, fabrikdə fəhlə kimi çalışan şəxs silahla ətrafa atəş açıb. Məlumatlara görə, hadisə zamanı 4 nəfər həyatını itirib, 20 işçi yaralanıb.

Cinayətkar hadisə yerinə gələn polislər tərəfindən zərərsizləşdirilib. Hadisənin dəqiq səbəbləri məlum deyil.

Şərhlər

Çox oxunanlar