ABŞ-da daha bir ştat Xocalı faciəsini tanıdı - FOTO

26.02.2016 11:02     Dünyadan reaksiya     1052

ABŞ-ın Aydaho ştatının qubernatoru K.L.Buç Otter (C.L. “Butch” Otter) xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini Aydahoda “Xocalı Qətliamını Anma Günü” elan edib.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyannamədə Xocalı qətliamı zamanı həyatını itirmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.

Qeyd edək ki, bu bəyannamə, Aydaho ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk rəsmi sənəddir.

Şərhlər

Çox oxunanlar