"Donbass problemi Rusiya ilə birgə həll olunmalıdır" - Avroparlamentin rəhbəri
03.07.2015 13:35 Dünyadan reaksiya 1682
Donbass münaqişəsində nizamlanmaya müstəsna şəkildə siyasi yolla və ancaq Rusiya ilə dialoq şəklində nail olmaq mümkündür.
Reaksiya.Az "RİA Novosti"yə istinadən bildirir ki, bunu Avropa Parlamentinin prezidenti Martin Şults Ukrayna Ali Radasındakı çıxışında bildirib.
"Yalnız bir həll yolu var, bu, siyasi nizamlanmadır. Siyasi nizamlanma ancaq Rusiya Federasiyası ilə birlikdə əldə oluna bilər. Bizim seçimimiz yoxdur. Rusiya Federasiyası ilə danışıqlar aparmaq, prinsiplərimizdən imtina etməmək lazımdır", - deyə Avroparlament rəhbəri vurğulayıb.
Şərhlər