Hərbi hissədə kütləvi dava - Çeçenistanda - VİDEO
27.02.2016 01:31 Dünyadan reaksiya 969
Çeçnistanın Borzoy kəndində yerləşən hərbi hissədə kütləvi dava baş verib.
Reaksiya.info Oxu.Az-a istinadən xəbər verir ki, Rusiyanın İnsan Hüquqları üzrə Şurasında bu məlumatı təsdiq ediblər.
“Bizim həmkarlarımız kütləvi davanın baş verməsi faktını təsdiqləyirlər, lakin insidentin təfərrüatları barədə hələlik məlumatımız yoxdur. Bu, 2014-cü ilin payızından çeçenlərin yenidən orduya çağırılması ilə bağlı ola bilər. Bundan əvvəl Müdafiə Nazirliyi çeçenləri hərbi xidmətə çağırmırdı. Lakin indi birinci və ikinci çeçen kampaniyasında iştirak etməyən yeni nəsil böyüyüb.”, - İHŞ-in hərbçilərin haqları üzrə sədri Serqey Krivenko Gazeta.ru-ya açıqlamasında deyib.
Davanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Şərhlər