Azərbaycanlı narkobaron azadlığa çıxa bilər
27.02.2016 22:05 Dünyadan reaksiya 1178
Zeynalov “Bakı”, “Şeş-beş” və “Kiş-miş” kimi restoranların sahibidir.
Estoniyada narkoticarətə görə 14,5 il müddətində azadlıqdan məhrum edilmiş azərbaycanlı, Tallində “Bakı”, “Şeş-beş” və “Kiş-miş” kimi restoranların sahibi Əhliman Zeynalov vaxtından əvvəl azadlığa çıxa bilər.
Oxu.Az Rus.err.ee portalına istinadən xəbər verir ki, Virus qəza məhkəməsi Zeynalovun aprelin ortasında vaxtından qabaq şərti azadlığa buraxılması barədə işi nəzərdən keçirəcək.
Əhliman Zeynalov Estoniyada 3 dekabr 2007-ci ildə saxlanılıb, növbəti gün o, genişmiqyaslı beynəlxalq narkoşəbəkənin təşkilində ittiham olunaraq həbs edilib.
2010-cu ilin martında Xaryusk qəza məhkəməsi Zeynalovu 14 il 6 ay azadlıqdan məhrum edib.
Dövlət prokurorluğunun məlumatına görə, Zeynalov əlbir olduğu şəxslərlə 2005-ci ilin avqustunda Niderlandan Estoniyaya 6 kiloqram marixuana və 40 kiloqram həşiş göndərib.
Şərhlər