Kerri və Lavrov Suriya böhranını müzakirə ediblər
27.02.2016 22:23 Dünyadan reaksiya 1025
Rusiyanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi Con Kerri telefonda Suriya böhranından çıxış yollarını müzakirə ediblər.
"Report" -un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, danışıq zamanı tərəflər Suriyada qüvvəyə minən atəşkəs rejimi mövzusunu müzakirə ediblər. Bu barədə Rusiya XİN-in mətbuat xidmətinin xəbərində deyilir.
Cenevrədə Suriya problemi üzrə danışıqların bərpası məsələsi də danışıqlar predmeti olub.
Bundan əlavə, Lavrov və Kerri BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq Şimali Koreya ilə bağlı qətnamə layihəsi mövzusuna da toxunublar.
Şərhlər