Türkiyəli məşhur aktyor vəfat etdi

28.02.2016 12:35     Dünyadan reaksiya     1100

Tanınmış aparıcı və aktyor  Kənan İşık dünyasını dəyişib.    Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, uzun müddətdir komada olan aktyorun ölüm xəbərini Beşiktaş Bələdiyyə başqanı Murad Hazinedar sosial şəbəkədə yazıb.    “Dəyərli sənətçimiz Kenan İşıkı itirdik. Onu daim gülən üzüylə xatırlayacam. Məkanı cənnət olsun”.   Yayılan xəbərlərə münasibət bildirən Kənan İşıkın yaxınları isə "Məşhur aktyor yaşayır, vəfat etməyib" deyiblər.   Qeyd edək ki, Kənan İşık 2014-cü ilin mart ayında idman zalında yıxılaraq başından zədə almışdı.

Şərhlər

Çox oxunanlar