Rəfsəncani: “Xalqın qarşısında kimsə dayana bilməz”
28.02.2016 17:50 Dünyadan reaksiya 1063
İslahat tərəfdarı olan sabiq prezident Əkbər Haşimi Rəfsəncani ölkədə keçirilən parlament seçkilərinə münasibət bildirib.
Axar.az xəbər verir ki, Rəfsəncani seçkilərdə islahatçıların qələbə qazanacağını deyib:
“Xalq iradəsinin qarşısında kimsə dayana bilməz. Xalqın istəmədiyi kəslər kənara çəkilməlidir”.
Xatırladaq ki, ilkin nəticələrə görə, mühafizəkarlar parlamentdə əksər kürsüləri əldə edib, lakin çox önəm daşıyan paytaxt Tehranda islahatçılar qələbə qazanıb.
Xobreqan Ekspertlər Şurası seçkilərində Tehranda sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani ən çox səs toplamaqla birinci, hazırkı prezident Həsən Ruhani ikinci yerdədir.
Ümumilikdə yeni parlament hazırkı parlamentlə müqayisədə çox dəyişikliklərə məruz qalacaq. Belə ki, yeni parlamentdə hökumətə yaxın cinahlar güclənə bilib. Hələlik İranın Daxili İşlər Nazirliyi seçkilərin tam nəticəsi və əhalinin seçkilərdə iştirak sayını açıqlamayıb.
Şərhlər