"Bir şeirə görə Ərdoğanı həbs etdilər"
28.02.2016 20:52 Dünyadan reaksiya 867
Yeni Türkiyə qəyyumluğun, xuntanın, paralel quruluşların olmadığı, azadlığın və milli iradənin hakim olduğu bir Türkiyə olacaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş naziri Əhməd Davudoğlu Tvitter hesabında yazıb.
Davudoğlu qeydində 1997-ci ildə 28 fevral hərbi çevrilişi zamanı prezident Rəcəb Tayyib Ərdoğanın bir şeirə görə həbs olunduğunu bildirib:
“Milləti yox sayanlar və “28 fevral min il davam edəcək” deyənlərin hədəflərini millətimiz AKP ilə birgə boşa çıxardı. Yeni Türkiyə başı örtülülərin basqı altında olduğu və azad fikrin qadağan edildiyi o dövrü geridə qoydu. 28 fevral dönəmində oxuduğu bir şeirə görə həbs edilən Rəcəb Tayyib Ərdoğan bu gün prezidentdir. Yeni Türkiyə qəyyumluğun, xuntanın, paralel quruluşların olmadığı, azadlığın və milli iradənin hakim olduğu bir Türkiyə olacaq”.
Xatırladaq ki, 1997-ci ilin fevralın 28-də Türkiyə ordusu son hərbi çevrilişini həyata keçirmişdi. Bu hadisədən sonra ictimai xadimlərə, milli fikir adamlarına ciddi təzyiqlər başlanmışdı.
Şərhlər