Bağdadda iki terror aktında ölənlərin sayı 70-ə çatdı - 100 yaralı

28.02.2016 22:25     Dünyadan reaksiya     806

Bağdadın şərqində baş verən iki terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.  Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, 100 nəfərdən artıq insanın isə yaralandığı bildirilir. Bu barədə polis və yaralıların gətirildiyi xəstəxanadan Röyterə bildiriblər. Bundan öncə terror aktı nəticəsində 28 nəfərin öldüyü, 62 nəfərin yaralandığı bildirilmişdi.   Qeyd edək ki, Bağdad ətrafında şiələrin yaşadığı Mədinət-əs-Sədr məhəlləsində baş verən iki terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Şərhlər

Çox oxunanlar