Hitler haqqında eşitmədikləriniz, oxumadıqlarınız...

28.02.2016 22:51     Dünyadan reaksiya     1626

Hitler haqqında çox yazılıb və danışılıb, amma hələ də geniş kütlənin bilmədiyi gizli məqamlar yetərincə çoxdur. 
 
Moderator.az olaraq oxuculara onun geniş kütlə üçün məlum olmayan bir sıra qorxunc ideyaları və düşüncələri, həyata keçirdiyi planlar haqqında məlumat verəcəyik. 
 
Əvvəlcədən onu qeyd edək ki, Hitler gözəl natiq olub və insanları özünə cəzb etməyi və ideyalarını çox yaxşı aşılamağı bacaran birisi olub. Məhz bu natiqliyi hesabına Hitler milyonlarla insanı öz ideyalarına inandırıb və ölümə yollayıb. Onun gözəl aktyorluq qabliyyəti olduğundan, mitinqöncəsi çıxışını necə quracağını və necə ictimaiyyətə təsir edəcəyini öncədən analiz edib və buna uyğun   tərzdə danışarmış...
 
Adolf hitlerin mitinqdə çıxışı
 
1933-cü ildə hakimiyyətə gələn nasisit Hitler hər il Nürnberqdə mitinq təşkil edər və orada Nasist Almaniyasının ən böyük təbliğat işlərindən biri orada göstərilərdi və ya onun tərəfindən irəli sürülərdi.
 
Şərəf mitinqi
 
Məsələn, 1934-cü ildə keçirilən mitinq zamanı Hitler  “İşığın Katedralı” şousu ilə başlayıb. Döyüş təyyarələrinə qarşı istifadə olunan bu güclü ultra işıqların spotları yuxarı istiqamətə quraşdırılaraq yandırılıb və sanki hər bir işıq bir uzun və əzəmətli sütunu xatırladır. Dövrünə görə bu göstəri çox əzəmətli olub.
Düzdür, buna o zaman hərbi hava qüvvələri etiraz etsə də, Hitler israr edərək bunu reallaşdırıb. 
 
1935-ci ildə  təşkil olunan mitinqində Hitler artıq işğalçılıq siyasəti haqqında iştirakçılara mesaj verir.
 
1935-ci ildəki çıxışı zamanı Hitleri minlərcə əsgər qoruma altına alır. Çünki o bu çıxışında dünyaya daha ciddi mesajlar verməklə yanaşı yəhudilərə qarşı olan iddialarını ortaya qoyur. Hitlerin yeni qadağalarına əsasən “Heç bir yəhudi alman ilə evlənə bilməz, ancaq alman qanı daşıyanlar yəhudi olmamaq şərti ilə alman vətəndaşı ilə evlənə bilər”.
 
1936-cı ildəki mitinqində Şərəf mitinqində Hitler nasist salamı verir və bununla da bu nasist salamvermə rəsmi olaraq qüvvəyə minir. Elə həmin il Hitler Reyn çayı sahillərinə ordu yeridir.
 
1937-ci il “İşığın Katedrali” altında 300.000 mindən artıq insanın iştirakı ilə mitinq təşkil olunur. Bu mitinq tarixə “İşçi mitinq” kimi düşür. Belə ki, nasistlərin hakimiyyətə gəldiyi  müddətdə Almaniyada işsizliyin həddi 6 milyondan 1 milyona düşür. 
 
1938-ci ildə Alman qızlarının iştirakı ilə təşkil etdiyi mitinqdə o Böyük Almaniya düşüncələri haqqında geniş məlumat verir. Belə ki, 1938-ci ilin martında Almaniya Avstriyanı işğal edərək öz ərazisinə qatmışdı.
 
1939-cu il mitinqindən bir gün sonra isə Polşa işğal edildi. Bunun ardınca qısa zamanda Hitler 24 ölkəni işğal etdi.
 
Yəhudilərə qarşı olan amansızlığı…
 
Hitler tarixdə yəhudilərə qarşı olan amansızlığı ilə seçilib.
 
 
Deyilənə görə, onun yəhudilərə olan nifrəti ilk sevdiyi Stefanie Rabatsch adlı yəhudi qız olub. Ancaq qız Hitlerin evlilik təklifini qəbul etməyib. Hətta Hitler ona qovuşmadığı üçün özünü intihar etməyə hazır olub. Bundan sonra bu sevgi nifrətə çevrilir. Hakimiyyətə gələn Hitler yəhudilərdən qisas almaq qərarına gəlir.
 
Yəhudi üzükləri
 
Məhz yəhudilərə bu nifrət sayəsində Hitler Avropada 6 milyon yəhudini amansızcasına məhv edib. Demək olar ki, Hitler  hakimiyyəti dövründə Avropadakı yəhudilərin 3/2-ni  məhv edib. Ümumilikdə isə Avropada ona qarşı çıxan 11 milyon insanı məhv edib.
Hətta o yəhudiləri diri - diri tibbi və digər elmi təcrübələrdə əyani vəsait kimi istifadə etmək üçün istifadə edilməsinə belə razılıq verib. On milyonlarla cavan, qadın, uşaqların canlı olaraq bu təcrüblərin qurbanına çevrilib. Bu insanlar müxtəlif orqanları, böyrəkləri, ürəkləri çıxarılıb.
 
Təcrübə üçün istifadə edilən insan
 
Diri insan, əsasən də uşaqlar üzərində çalışan ən məhşur cəllad həkimlərdən biri Jozef Mengele olub ki, o təkcə 2 milyon insanın ölümünün səbəbkarıdır.
 
Cəllad həkimlərdən biri Jozef Mengele
 
Ən dəhşətlisi isə odur ki….
 
Bədənində döyməsi olan ölü yəhudilərin dəriləri, bədən əzaları kəsilərək müxtəlif əl işləri olan əşyalar, suvenirlər, çantalar hazırlanıb.
 
Əzələ suvenir
 
Hitler öldürülən yəhudilərin skletindən “Tükənmiş irq muzeyi” açmağı planlayırmış.
 
Yəhudi başından suvenir
 

Şərhlər

Çox oxunanlar