Dünyanın gözü 8-10 iyulda Ufada
03.07.2015 15:45 Dünyadan reaksiya 1974
Rusiya Federasiyasına bağlı Başqırdıstan Muxtar Respublikasının paytaxtı Ufa beynəlxalq iki əhəmiyyətli zirvə toplantısına hazırlaşır. Həm BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) dövlət başçılarının zirvə toplantısı, həm də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı 8-10 iyul tarixləri arasında Ufada keçiriləcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, BRICS zirvəsində alınacaq qərarların, bloka qlobal arenada kilid aktor olma istiqamətində sürətli bir sıçrayış yaşadacağından əmindirlər.
Reaksiya.az Sputnik News - ə istinadən verdiyi xəbərə görə, Lavrov BRICS Gənclik Forumunda etdiyi çıxışda qeyd edib ki, BRICS, öz içində bir-birinə qarşı güc istifadə deyil, müsbət və ortaq bir sistemdə hərəkət etməyə çalışır: “Ufada alınacaq qərarlar BRICS - in gələcəyi baxımından olduqca önəmlidir".
Dünya əhalisinin 45% -ni, iqtisadiyyatının isə 25% -ni əhatə edən Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRICS idarə heyətinin 7 iyulda Moskvada toplanması və İnkişaf Bankının zirvəyə kimi fəaliyyətə başlaması gözlənilir.
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankına alternativ kimi görülən 100 milyard dollar sərmayəli bankın ayrıca, öz coğrafiyası və inkişaf edən ölkələrdəki infrastruktur və inkişaf layihələrinə maliyyə təmin edəcəyi düşünülür.
Rusiya xarici işlər naziri Sergey Lavrov çıxışında, Antaliyada təşkil ediləcək G-20 Liderlər Zirvəsinin hədəflərindən birinin, beş il əvvəl qəbul edilən ancaq ABŞ tərəfindən verilməmiş BMF islahatlarının tətbiq yollarının axtarılması olacağını da qeyd edib.
BRICS üzvü ölkələrin fəaliyyətlərinin rəsmiləşdirilməsinin hazırda planlamadıqlarını ifadə edən Lavrov koordinasiya üçün prioritet kimi virtual BRİCS katibliyinin yaradılacağını bildirib.
Şərhlər