Liviyada İŞİD-in karvanını kim vurdu? - MÜƏMMA

29.02.2016 10:48     Dünyadan reaksiya     1047

Pentaqon Liviyada İŞİD-ə məxsus olduğu güman edilən avtomobil karvanını bombalamayıb.

Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə dünən Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldans bildirib.  ABŞ zaman-zaman Suriyada İŞİD-in mövqelərinə aviazərbələr endirir. Beni-Valid şəhərinin hakimiyyət nümayəndəsinin bildirdiyinə görə, dünən şəhərin kənarında iki partlayış baş verib. Partlayışlar İŞİD-in avtomobil karvanına zərbə endirilməsi nəticəsində baş verib. Avtomobillərin zərbə nəticəsində zədələnib-zədələnmədiyi məlum deyil. "ABŞ Müdafiə Nazirliyinin qüvvələri lİviyada hər hansı bombardmana cəlb edilməyib", - Baldans deyib.   Xarici KİV-də yayılan bəzi məlumatlarda isə avtomobil karvanının Fransa qırıcıları tərəfindən vurulduğu bildirilir. 

Şərhlər

Çox oxunanlar