Əhməd Davudoğlu Türkiyənin yeni müdafiə nazirinin adını açıqladı

03.07.2015 17:58     Dünyadan reaksiya     1766

Türkiyənin baş naziri Əhməd Davudoğlu Böyük Millət Məclisinə yeni sədr seçilmiş keçmiş müdafiə naziri İsmət Yılmazla görüşüb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Əhməd Davudoğlu artıq yeni müdafiə nazirinin müəyyənləşdirildiyini açıqlayıb. Baş nazirin sözlərinə görə, yeni hökumət qurulana qədər bu vəzifəni daha əvvəl də müdafiə naziri olmuş Vəcdi Könül icra edəcək: “Onun təcrübəsi var. Dünən ölkə prezidentinə məlumat verdim. Bu gün məsələ rəsmiləşəcək”.

 

Şərhlər

Çox oxunanlar