Şimali Kiprdə ağır qəza - 2 azərbaycanlı öldü - VİDEO
29.02.2016 16:10 Dünyadan reaksiya 1230
Şimali Kiprin Lefkoşa şəhərində baş verən qəzada 2 azərbaycanlı ölüb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, dünən Şimali Kiprdə “GencTV”nin binası önündə ağır yol qəzası baş verib. Nicat Hacızadə adlı sürücünün idarə etdiyi “Ford” markalı avtomobilə nəzarəti itirməsi nəticəsində maşın səkiyə çırpılıb. Hadisə nəticəsində azərbaycanlı sürücü Nicat Hacızadə və Yunus Arabol vəfat edib.
Hadisə nəticəsində xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onlardan Mehdi Laamyemin vəziyyətinin ağır olduğu, Anar Süleymanovun isə həyati təhlükəsinin olmadığı məlum olub.
Şərhlər