Rusiyada daha bir mədən faciəsi - ölənlər var
29.02.2016 16:28 Dünyadan reaksiya 983
Rusiyanın Vorkut şəhərindəki mədəndə xilasetmə işlər zamanı yenidən partlayış baş verib. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 5-i xilasedici olmaqla, 6 nəfər həyatını itirib. Partlayışın dəqiq səbəbləri məlum deyil. Qeyd edək ki, Vorkutda 748 metr dərinlikdə yerləşən mədəndə fevralın 25-də uçqun baş verib. Hadisə zamanı orada 110 fəhlə işləyirmiş. Onlardan 80 nəfəri xilas edilib. Hadisə nəticəsində 36 nəfərin həlak olduğu bildirilir.
Şərhlər