Qorbaçovdan üçüncü dünya müharibəsi xəbərdarlığı
29.02.2016 18:19 Dünyadan reaksiya 953
"Dünya hazırda "soyuq müharibə" ilə nəticələnə biləcəcək təhlükəli dönəmi yaşayır".
Bunu keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov Rusiyanın "REN" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, silahlı mübarizə metodu ilə hər hansı məsələni həll etmək qeyri-mümkündür, yalnız konstruktiv siyasət və dialoq aparmaq lazımdır. Qorbaçov bildirib ki, o, siyasətdən uzaq qalmaq niyyətində deyil: "55 ildir siyasətdəyəm. Kənarda qalmayacam. Hələ ki, belə planım yoxdur". Keçmiş SSRİ rəhbəri yeni məqalə yazdığını da deyib: "Müharibə yoxsa sülh" adlı yazımı dərc edəcəm. Çoxları düşünür ki, hazırda vətəndaşı müharibəsi gedir. Üçüncü dünya müharibəsi gedir. Atəş açırlar. Kütləvi qırğın silahı istifadə edirlər. Bunları dayandırmaq lazımdır. Əgər yeni silahlı ölkələr yaranırsa, bunu necə dayandırmaq olar? Ümumiyyətlə dünya böyük təhlükə qarşısındadır". Politoloq hesab edir ki, hərbi gücün artırılması problemin həllinə kömək etməyəcək.
Teleqraf.com
Şərhlər