Surdan Ərdoğana kürdcə mesaj
01.03.2016 12:05 Dünyadan reaksiya 965
Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda PKK-ya qarşı əməliyyatlar davam edir. Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, rayonun böyük bir hissəsi PKK-çılardan təmizlənib. Bölgədə xidmət keçən təhlükəsizlik qüvvələri duygulandıran divar yazıları önündə çəkdirdikləri fotoları paylaşarkən, diqqəti ən çox çəkən görüntülərdən biri KİV-də manşetlərə sevrilib. Surda bir xüsusi təyinatlı kürdcədən tərcumədə "Böyük Başkan' anlamı verən "Biji Serok" yazısı önündə foto çəkdirərək, Ərdoğana səslənib. Həmin divar yazısında "Biji Serok R.T.E. Reis" ifadələri yer alır.
Şərhlər