Kerri Bəşər Əsədi və müxalifəti ittiham etdi
01.03.2016 16:55 Dünyadan reaksiya 865
"Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr atəşkəsə rejiminə baxmayaraq, humanitar yardımın çatdırılmasına mane olur".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Con Kerri Almaniya xarici işlər naziri Frank-Volter Ştaynmayerlə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfrasında deyib. Onun sözlərinə görə, Əsəd rejimi kimi müxaliflər də bu cür addımlar atır: "Mümkündürsə, bir az əxlaqlı olmağı yoxlayın! Bütün bunlar Suriyadakı atəşkəsi poza bilməyib. Düşünürəm ki, Əsəd və müxalifətin fəaliyyəti Suriyaya Beynəxalq Dəstək Qrupu tərəfindən araşdırılmalıdır. Hazırda bütün diqqət İŞİD və Ən-Nusra Cəbhəsi terrorçularına qarşı yönəlməlidir".
Bu arada, Ağ Evin sözçüsü Çoş Ernest gündəlik mətbuat konfrasında Suriyadakı razılaşma ilə əlaqədar sualları cavablandırıb: "Razılaşmaya əməl olunub-olunmamasını yaxından izləyirik. Atəşkəsin pozulma halı qeydə alınarsa, tərəflər dərhal məlumatlandırılacaq. Hazırda Suriyada atəşkəs hökm sürür. Əsas məqsədimiz bölgədə humanitar əməliyyata nail olmaqdır. Rusiyanın atəşkəsi pozması ilə bağlı yayılan fikirlər araşdırılır".
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Con Kibri yerli telekanallardan birinə müsahibə verib. O bildirib ki, Suriyada atəşkəsin əldə edilməsindən sonra zorakılıq nəzərə çarpacaq dərəcədə azalıb: "Bəzi mənbələr Suriya ordusunun müxaliflərin nəzarətindəki bölgələrə hava hücumları etdiyini yazır. Bununla bağlı artıq araşdırmalar başlanıb. Bütün tərəfləri Suriyada əldə edilmiş razılaşmaya əməl etməyə çağırırıq".
Kibri bir müddət öncə Kerrinin "B planı" ilə bağlı verdiyi açıqlamaya da aydınlıq gətirib: "Belə bir plan haqqında son qərar verilməyib. Əgər Suriyada siyasi uğur əldə edilməzsə, müvafiq qurumlar alternativ yollar üzərində lazımi işlər görəcək".
Qeyd edək ki, ABŞ və Rusiya arasında Suriyada atəşin dayandırılması ilə bağlı razılaşma fevralın 22-də əldə edilib.
Şərhlər