“Facebook”un vitse-prezidenti tutuldu
02.03.2016 11:14 Dünyadan reaksiya 888
Publika.az “The Gurdian” nəşrinə istinadən xəbər verir ki, o, narkotiklərin qanunsuz dövriyyəsi haqqında iş üzrə istintaqla əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
“Facebook”un top-meneceri Braziliyanın San-Paulo ştatında saxlanılıb. Ştat məhkəməsindən bildirilib ki, Argentina vətəndaşı olan Dieqo Codan cinayətkarların yazışmalarına hakimiyyətin girişi üçün “WhatsApp” messenceri verməkdən imtina edib.
“Facebook”un nümayəndəsi Braziliya hakimiyyətinin hərəkətlərinin kəskin tənqid edib. Adı açıqlanmayan şirkət rəsmisi qeyd edib ki, “WhatsApp” ayrı şirkətdir və ona görə də Codanın həbsi Braziliya polisinə heç vaxt kömək etməyəcək.
Qeyd edək ki, Dieqo Codan 2015-ci ilin iyun ayından “Facebook”un Latın Amerikası üzrə vitse-prezidenti postunu tutur.
“Facebook” 5 fevral 2016-cı ildə tibbi marixuananın reklamından imtina edib. ABŞ-ın 23 ştatında marixuanadan tibbi məqsədlər üçün istifadə qanunidir. Ancaq sosial şəbəkənin daxili qaydalarına zidd olmasına baxmayaraq, “Facebook” səhifələri narkotiklər haqqında informasiyalara bloklayıb. Bu qadağa istifadəçilərin kütləvi narazılığına səbəb olub.
Şərhlər