Kadırov - “Taleyim Putinin əlindədir”
02.03.2016 12:31 Dünyadan reaksiya 1037
Prezident postumdakı gələcək taleyimlə bağlı ölkə rəhbərliyi ilə heç bir müzakirə aparmamışam.
Bu barədə Çeçenistan Prezidenti Ramzan Kadırov “İnterfaks” agentliyinə müsahibəsində deyib.
“Bu məsələ müzakirə olunmayıb. Əgər olsaydı, ümumiyyətlə danışmazdım. Təkrar edirəm, Prezident Putinin bu məsələ ilə bağlı verəcəyi istənilən qərarı qəbul edəcəm. Mən əsgərəm və hər zaman “bəli” deyirəm! Taleyim Putinin əlindədir”, - Kadırov bildirib.
Qeyd edək ki, Kadırovun səlahiyyət müddətinin başa çatması ilə bağlı müzakirələr gedir. Kadırov özü vəzifədən getmək istədiyini və onu əvəz edəcək çox adamın olduğunu bildirib.
(Axar.az)
Şərhlər