"Taliban"a ağır zərbə - 70 ölü, 50 yaralı
02.03.2016 13:27 Dünyadan reaksiya 1033
Əfqanıstan ordusu ölkənin Faryab vilayətinin Peştun Kot rayonunda və Hoca Namusa bölgəsində "Taliban" terror təşkilatına qarşı əməliyyat keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Əfqanıstan Sİlahlı Qüvvələrinin generalı Sahidad Keptan məlumat verib.
Onun sözlərinə görə, döyüşlər zamanı 70 terrorçu öldürülüb, 50 "Taliban"çı yaralanıb. Öldürülənlər arasında təşkilatın komandirlərinin də olduğu bildirilib.
Şərhlər