Moskvaya son 50 ildə rekord həddə qar yağıb

02.03.2016 14:28     Dünyadan reaksiya     884

Rusiya paytaxtına rekord səviyyədə yağıntı düşüb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dünən gecə saatlarından yağmağa başlayan qar 1966-cı ildə paytaxta yağan qarın miqdarında olub. Hidrometeoroloji Mərkəzdən bildirilib ki, dünən gecə ərazində Moskvaya aylıq normanın 70 faizindən çox yağıntı düşüb.

 

Qarın hündürlüyü bəzi yerlərdə 50 santimetrə bərabər olub.

 

Paytaxtda güclü qar yağması nəticəsində avtomobil yollarında kilometrlərə tıxaclar yaranıb.

 

Güclü yağıntının düşməsi Moskvanın hava limanlarının fəaliyyətinə də təsir edib. Belə ki, paytaxt aeroportlarında 100 aviareys təxirə salınıb.

Şərhlər

Çox oxunanlar