Ben Ladenin Obama ilə bağlı gizli məktubları üzə çıxdı

02.03.2016 14:50     Dünyadan reaksiya     1079

"Əl-Qaidə" terror təşkilatının lideri Usama ben Laden sağlığında amerikalıları insanlığı xilas etmək üçün ABŞ prezidenti Barak Obamaya yardım etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Röyter" agentliyi Amerika hökumətinin yayımladığı sənədə istinadən məlumat verib. 

Amerika xalqına ünvanlanan məktub Usama ben Ladenin Pakistanın Abbotabad şəhərində ABŞ xüsusi təyinatlıları tərəfindən yaxalandığı evdə tapılıb. Məktubun yazılma tarixi məlum olmasa da, dolayı əlamətlər göstərir ki, "Əl-Qaidə" lideri məktubu Obamanın ilk prezidentlik müddətinin başlandığı vaxt, yəni 2009-cu ildə yazıb.

Usama ben Laden öz məktubunda 2008-ci ildə İraq və Əfqanıstanda iqtisadi böhran olunduğunu qeyd edib. O, amerikalıları "azadlıq uğrunda böyük inqilab"a başlamağa və Obamanı lobbinin təsirindən xilas etməyə çağırıb. "Bir nömrəli terrorçu" təsdiq edib ki, ABŞ prezidenti bəşəriyyəti "lazımsız qaz"lardan xilas edəcək. 

Digər məktubunda isə terrorçu ən yaxın köməkçisinə müraciət edib. Bu məktubda Usama ben Laden dünyanı İslamla deyil, iqlim dəyişikliyi ilə mübarizəyə səsləyib. 

2015-ci ildə yayımlanan sənədlərdən məlum olur ki, Usama ben Laden casuslardan, zərbələr endirən və qurğuları izləyən pilotsuz aparatlardan qorxub.

Şərhlər

Çox oxunanlar