19 yaşlı qızı bu əməlinə görə şallaqladılar
02.03.2016 16:38 Dünyadan reaksiya 1091
İndoneziyada 19 yaşlı qızı oğlanla tanış olduğuna görə şəhərin mərkəzi meydanında şallaqlayıblar. Şəriət məhkəməsinin qərarı belə olub.
Hadisə İndoneziyanın Sumatra vilayətində, Band-Açex şəhərində vilayətində yaşanıb. Sumatra Şəriət qaydaları ilə idarə olunur.
Məhkəmənin qərarında deyilir ki, 19 yaşlı qız küçədə 21 yaşlı gənc oğlanla tanış olub və bununla da haram əməl edib. Şallaqlanan qız Şəriət qaydalarını pozmaqda suçlanan 18 nəfərdən biridir.
Həmin şəxslərə də şallaq vurulub. Açexdəki separatizm təmayüllərini zəiflətmək üçün rəsmi Cakarta 2001-ci ildə bu vilayətin Şəriət qaydaları ilə idarə olunmasına razılaşmışdı.
İndoneziya əhalisinin 90 faizi müsəlmandır.
(Qadinpress.az)
Şərhlər