Yunanıstanda etirazlar səngimir - VİDEO
04.07.2015 13:16 Dünyadan reaksiya 1662
Baş nazir xalqı ləyaqətli həyata səslədi, ara qarışdı.
Yunanıstanın paytaxtı Afinada hökumətin beynəlxalq kreditorlara olan borcları ilə əlaqədar bazar günü keçiriləcək referendum ərəfəsində Avropanın sərt iqtisadi tələblərinə qarşı çıxan fəalların aksiyası baş tutub. Dinc aksiya zamanı minlərlə insan hökumətin siyasətini dəstəklədiklərini bildiriblər.
Aksiyaya, Baş nazir Aleksis Tsipras da qatılıb. Tsipras çıxışı zamanı xalqı Avropada ləyaqətli həyat sürməyə çağırıb. O,bildirdi ki, bu gün burada toplaşmaqla onlar cəsarəti və qətiyyətlərini nümayiş etdiriblər.
"Öz talehimizi öz əlimizə alırıq, yunan xalqına söz haqqı veririk. Bazar günü biz təkcə Avropada qalacağımıza deyil, eyni zamanda, Avropada layiqli həyat sürəcəyimizə səs verəcəyik”.
Nazir qeyd edib ki, xalqın kreditorların şərtlərinə “yox” deməsi Yunanıstanın Avropa Birliyindən çıxacağı demək deyil. Onun sözlərinə görə, kreditorlar bu cür ultimatumlar səsləndirməklə xalqı yola gətirməyə çalışırlar.
Afinada paralel olaraq Avropa Birliyi tərəfdarlarının da aksiyası baş tutub. Müxalifət lideri Antonis Samaras tərəfdarlarını Beynəlxalq kreditorlara “hə” deməyə səsləyib. Onun sözlərinə görə, Yunanıstan yalnız Avropa Birliyində qalmaqla öz gücünü və iradəsini qoruya bilər.
Fəallarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Fəallar polisə daş və küt alətlər atıblar. Təhlükəsizlik qüvvələri səs qumbaraları ilə aksiyanı dağıtmağa çalışıb.
Yunanıstan Avrozonanı tərk edəcəyi təqdirdə isə, Rusiyanın bu ölkəyə maliyyə dəstəyi göstərəcəyi iddiaları isə, öz təsdiqini tapmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iddiaları təkzib edib. Lavrov bildirib ki, Moskvanın belə bir niyyəti yoxdur.
Yunanaıstanı düşdüyü böhr andan çıxarmaq üçün bir necə gün öncə Türkiyədə kömək təklif edib. lakin defoltun bir addımlığında olan ölkə bu təklifi rədd edib. Bir gün sonra isə baş mali
Şərhlər