Lavrov tarixi xatırlatdı: - “I Dünya müharibəsi...”
03.03.2016 14:49 Dünyadan reaksiya 994
“Rusiya Avropa siyasətinin autsayderi deyil”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Qlobal siyasətdə Rusiya” jurnalında dərc etdiyi “Rusiyanın xarici siyasətinin tarixi perspektivi” məqaləsində bildirib.
Lavrovun sözlərinə görə, tarixi faktlar “Rusiya həmişə Avropanın həyətində olub, Avropa siyasətinin autsayderi idi” kimi gündəlik tezisi təsdiqləmir. Rusiyalı nazir bildirib ki, Böyük Vətən müharibəsi, I Dünya müharibəsi, Borodino döyüşü, Moskvanın Polşa işğalçılarından azad edilməsi kimi hadisələr Avropa və dünya tarixində Rusiyanın birmənalı və xüsusi roluna şahidlik edir.
Eyni zamanda Xarici İşlər Nazirliyinin başçısı qeyd edib ki, rus xalqı heç vaxt Qərblə birləşməyib.
Lavrov məqaləsində Rusiyanın Qərb partnyorları ilə ən geniş qarşılıqlı münasibətlərə açıq olduğunu deyib. Xarici siyasət idarəsinin başçısı Rusiyanın nə ABŞ, nə Avropa Birliyi, nə də NATO ilə qarşıdurmaya getdiyini bildirib.
O vurğulayıb ki, ümumi gələcəyin təminatı məqsədi ilə dialoqu dəstəkləyir: “Bunun üçün hər iki tərəfdən bir-birinin dəyərlərinə və maraqlarına hörmət tələb olunur. Biz məhz bu cür yanaşmanın tərəfdarıyıq. Biz beynəlxalq işlərdə ədalət prinsiplərini müdafiə etməkdə davam edəcəyik”.
publika.az
Şərhlər