Ermənilərin Qarabağ qorxusu: “Apreldə müharibə başlayacaq”

03.03.2016 14:55     Dünyadan reaksiya     809

“Komsomolskaya pravda” nəşrinin reportyoru və publisist Darya Aslamova bu günlərdə Türkiyə-Ermənistan sərhədində yerləşən Markara kəndində gördükləri haqda danışıb.


Publika.az xəbər verir ki, reportyor sərhəd kəndində yaşayan ermənilərin qorxduğunu deyib: “Ermənilər bir tərəfdən Ağrı dağına iddia edirlər. Lakin sərhəddə yaşayan insanlar qorxurlar. Ermənilər Qarabağ müharibəsini hələ də unutmayıblar və Qarabağda yeni müharibənin başlamasının özü ilə bərabər Türkiyə ilə də müharibə təhlükəsini gətirəcəyindən qorxurlar”.

Onun sözlərinə görə, erməni kəndlərində rastlaşdığı insanların gözündə bir qorxu var.

“Onlar böyük güclərin toqquşmasını, yaxud Qarabağda baş verə biləcək müharibənin alovunu görmək istəmirlər. Onlar sakit yaşamaq istəyirlər”, - deyə o bildirib.

Yaxın Şərq haqda təəssüratlarını da paylaşan reportyor müharibənin apreldə başlayacağını bildirib: “Artıq hər şeyin hazır olduğunu deyə bilərik. Rusiya, Türkiyə, digər tərəfdən də Səudiyyə Ərəbistanı müharibəyə hazırlaşır. Onu deyə bilərəm ki, Şərqdə müharibə apreldə başlayacaq”.

Şərhlər