Ermənistanın terrorçu kiber ordusu darmadağın edilib
03.03.2016 15:33 Dünyadan reaksiya 903
"Anti-armenia Team" adlı azərbaycanlı hakerlər qrupu, internet məkanında keçirdiyi ardıcıl, intensiv əməliyyatlar nəticəsində, Ermənistana məxsus “Monte Melkonian Cyber Army” adı altında fəaliyyət göstərən kiber terrorçu qrupa məxsus səhifələri dağıdıb. "ASALA" üzvü, terrorçu Monte Melkonyanın adını daşıdığı qrup və səhifələr internet məkanında Azərbaycana qarşı məlumatlar paylaşmağa davam edirdi.
Reaksiya.info Bizimyol.info-ya istinadən xəbər verir ki, “Monte Melkonian Cyber Army” adlı haker qrupu, dəfələrlə Azərbaycanın internet məkanına hücumlar təşkil edib. Həmçinin Azərbaycan əleyhinə dezinformasiya xarakterli informasiya yaymaqla məşğul olub. “Anti-armenia Team” adlı azərbaycanlı hakerlərdən ibarət qrup bəyan edib ki, bundan sonrada Azərbaycan əleyhinə dezinformasiya yayan qruplarla mübarizəsini tam gücüylə davam etdirəcək.
Şərhlər