İstanbulda polis idarəsinə hücum edən iki qadın terrorçu məhv edilib - FOTO - VİDEO

03.03.2016 16:18     Dünyadan reaksiya     894

İstanbulun Bayrampaşa rayonunda polis idarəsinə silahlı hücum edilib.

 

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, iki terrorçu iriçaplı silahla polis idarəsini atəşə tutub. Polislər cavab atəşi açıblar. Buna cavab olaraq, qadınlar sərnişin avtobusuna atəş açıblar və qumbara atıblar. Terrorçular taksiyə minərək hadisə yerindən uzaqlaşsalar da, polis onları təqib edib. Keçirilən əməliyyatla hər iki terrorçu məhv edilib.

 

İstanbul valisi Vasip Şahin mətbuata açıqlama verərək, terrorçuların zərərsizləşdirildiyini, əməliyyat zamanı 2 polis əməkdaşının yaralandığını bildirilib.

 

Qadınların polisə hücumu təhlükəsizlik kameralarına düşüb.

Şərhlər

Çox oxunanlar