İŞİD-in ilk 12 yaşlı cəllad qızı

04.03.2016 10:05     Dünyadan reaksiya     1106

İŞİD terror qruplaşması beş qadını insanların gözü qarşısında edam edib.

 

Reaksiya.info-nun Anspress.com-a istinadən  məlumatına görə, onların arasında terrorçuları müalicə etməkdən imtina etmiş həkimlər də var.

 

Terrorçuların edam hökmünü 12 yaşlı qız həyata keçirib. Britaniya KİV-i artıq 12 yaşlı qıza məşhur İŞİD cəlladı olmuş "Cihadi Con"un şərəfinə "Cihadi Ceyn"  ləqəbinin verildiyini qeyd edib.“Bu edam zamanı İŞİD-in qızdan istifadə etməsinin birinci hal hesab edilir", - mənbə qeyd edib.

 

Qeyd olunur ki, oğlan uşaqlarının iştirakı ilə edamlar artıq bir neçə dəfə olub.

Şərhlər