Roqozin: Rusiya və Azərbaycan etibarlı tərəfdaşdırlar

04.03.2016 11:02     Dünyadan reaksiya     873

Rusiya baş nazirinin müavini Bakı səfərinin yekunlarından yazıb.

Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaşdırlar.

Reaksiya.info-nun Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin “Twitter”dəki səhifəsində yazıb.

“Bakı səfərinin əsas yekunu: tərəflər hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını təsdiqlədilər”. 
 
Qeyd edək ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozini martın 3-də Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

Şərhlər