27 il sonra yenidən çəkildi - VİDEO

04.03.2016 17:06     Dünyadan reaksiya     1005

Bu ilin ən çox kassa gəliri gətirəcəyi deyilən "Ruh ovçuları" ("Ghostbusters") filminin yeni treyleri yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatıan görə, ilk dəfə 1984-cü ildə yayımlanan filmin sonrakı seriyası 1989-cu ildə çəkilmişdi. 27 il sonra növbəti seriyası çıxan ekran işinin yeni treyleri "Ruh ovçuları"nın fanatları tərəfindən o qədər bəyənilməsə də, 24 saata 7 milyondan çox baxış yığıb.

Yeni hissədə köhnə qəhrəmanların çəkiləcəyi deyilsə də, Bill Murreyin təklifi qəbul etməməsi planları dəyişib. Köhnə seriyaların qəhrəmanları olan Bill Murrey, Den Eykroyd, Erni Hudson və Siqurni Viver qonaq aktyor kimi filmdə epizodik rol alıblar. "Ghostbusters" yeni heyəti ancaq qadınlardan ibarətdir: Kristen Uiiq, Melissa MakKarti, Lesli Cons və Keyt MakKinon... Filmdə aktyor Kris Hemsvort da çəkilib.




Şərhlər

Çox oxunanlar