AMERİKADA SATICI QADIN SİLAHLI QARƏTÇİNİ ƏZİŞDİRDİ - VİDEO

04.03.2016 17:47     Dünyadan reaksiya     1099

Hadisə müşahidə kamerası ilə qeydə alınıb.

Amerikanın Corciya ştatında satıcı mağazanı qarət etmək istəyən kişini, silahı ona çevirib kassadakı pulları verməyi tələb etdikdən sonra döyüb.

Qadinpress.Az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə müşahidə kamerası ilə qeydə alınıb.      

Videoçarx  sosial şəbəkədə yerləşdirildikdən sonra sürətlə populyarlıq qazanıb.

Ərzaq mağazasının əməkdaşı gənc adamın əlindən silahı aldıqdan sonra əlinə keçən əşyalarla ona zərbələr endirməyə başlayıb. Qarətçi qaçmağa müvəffəq olduqda isə qadın əlində çəkic onun ardınca qaçıb.

Yerli polis baş tutmayan qarət hadisəsi yerindən qaçan şübhəlini axtarışa verib.

Şərhlər

Çox oxunanlar