Rüşvətə görə tutulan polis rəisi xəstəxanaya yerləşdirildi
05.03.2016 00:54 Dünyadan reaksiya 1015
Rüşvət almaqda şübhəli bilindiyinə görə saxlanılan Moskvanın “Vnukovo” aeroportunun polis şöbəsinin rəisi İqor Kukuşkin xəstəxanaya yerləşdirilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, onun xəstəxanaya yerləşdirilməsinin səbəbi qəfil ürək tutması olub. Onun barəsində qəti-imkan tədbirinin seçilməsi məsələsinə həkim müayinəsindən sonra baxılacaq.
Qeyd edək ki, Kukuşkin qadağan olunmuş yüklərin ölkə daxilinə keçirilməsi üçün 4 min dollar rüşvət götürməkdə şübhəli bilinərək saxlanılıb.
Bundan əvvəl Kukuşkinlə cinayətdə əlbir olan Aleksey Boqdanov iki ay müddətinə həbs olunub.
Şərhlər