İŞİD-ə qarşı `erməni soyqırımı` iddiası - Konqresdə qətnamə qəbul edildi
05.03.2016 11:38 Dünyadan reaksiya 1033
Reaksiya.info AzVision.az-a istinadən xəbər verir ki, 75 saylı qətnamə layihəsində xristianlarla yanaşı ermənilərin də adı qeyd olunub. Bildirilib ki, İŞİD-in hücumları “müharibə cinayəti”, “insanlığa qarşı törədilən cinayət” və “soyqırım” kimi tanınmalıdır.
Qərarı müsbət qarşılayan “Ay data” erməni təşkilatının Vaşinqton bürosunun direktoru Aram Qəmbəryan Konqresə çağırış edib: “Hesab edirəm ki, Konqres bu qətnaməni ratifikasiya etməli, Barak Obama isə qol çəkməlidir”.
Qeyd edək ki, qərar Respublikaçı Partiyanın deputatları Cef Fortenberri və Anna Eşu tərəfindən hazırlanıb.
Şərhlər