PKK-dan dəhşət - yaşlı adamı diri-diri yandırdılar
05.03.2016 12:22 Dünyadan reaksiya 1305
PKK-ya qarşı əməliyyatların davam etdiyi Diyarbəkirin Sur rayonunda son iki gündə azad edilənlərin sayı 43 nəfərə çatıb.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, təhlükəsizlik qüvvələrindəki mənbə terrorçuların Surda uşaqları qalxan etdiklərini, vətəndaşların təxliyyəsinə mane olmağa çalışdıqlarını bildirib.
Terrorçuların əlindən xilas edilən bir qadın "Bizi girov götürmüşdülər. Hara gedərdilərsə, bizi də özləri ilə aparırdılar" deyib.
Surdan çıxan vətəndaşlarla əsgərlər arasındakı dialoq zamanı yerli sakin yaşlı bir adamın terrorçular tərəfindən diri-diri yandırıldığını bildirib. Azad edilənlər arasında olan bir uşaq isə terrorçuların onları qorxutduğunu, tez-tez "gülləni başınıza çaxarıq" dediyini bildirib. Evdə olan qida, geyim və zinət əşyalarını terrorçulara verdiklərini vurğulayan uşaq PKK-çılara Surda Harun adlı komandirin rəhbərlik etdiyini də deyib.
Şərhlər